15 Haziran 2011 Çarşamba

BALIQLAR SUDA NECƏ YAŞAYIRLAR?

Ha­mı­nız ba­lıq­la­rın su­da çox çe­vik və sü­rət­li hə­rə­kət­lə­ri­nə şa­hid­si­niz. Ba­lı­ğın üz­mə­si üçün qey­ri-adi bir hə­rə­kə­tə eh­ti­yac yox­dur, bu­nun üçün onun quy­ru­ğu­nu su­da sa­ğa-so­la hə­rə­kət et­dir­mə­si ki­fa­yət­dir. Be­lə­lik­lə, ba­lıq­la­rın su­da bu ra­hat hə­rə­kə­ti mü­tə­hər­rik onur­ğa­la­rı və bə­dən­lə­rin­də­ki bə­zi sis­tem­lər sa­yə­sin­də müm­kün olur.
Ba­lıq­lar üzər­kən çox bö­yük ener­ji sərf edir. Bu­nun sə­bə­bi su­da uzun müd­dət yük­sək sü­rət­lə üz­mə­lə­ri de­yil. Ba­lıq­lar sa­kit və­ziy­yət­də ikən bir­dən yük­sək sü­rət top­la­maq üçün bö­yük ener­ji sərf et­mə­li­dir. Bir­dən sü­rət­lən­mək on­lar üçün çox əhə­miy­yət­li­dir, çün­ki ov­çu­lar­dan qa­ça bil­mək üçün bu­na eh­ti­yac­la­rı var.

Həm­çi­nin ba­lıq­lar su­da ək­sər vaxt­lar­da su­yun axı­nı­na qar­şı hə­rə­kət edir. Siz özü­nü­zün su­da ol­du­ğu­nuz za­man nə qə­dər çə­tin, yol­da ol­du­ğu­nuz za­man isə nə qə­dər asan hə­rə­kət et­di­yi­ni­zi dü­şü­nün. Və bu şə­kil­də su­yun için­də ya­şa­maq­la yer üzə­rin­də ya­şa­maq ara­sın­da­kı fər­qi mü­qa­yi­sə edin. Ba­lıq­da be­lə bir gü­cün or­ta­ya çıx­ma­sı­nı tə­min edən amil onun onur­ğa­sı­nın və əzə­lə­lə­ri­nin xü­su­si qu­ru­lu­şu­dur. Onur­ğa ba­lı­ğın həm bə­də­ni­nin düz da­yan­ma­sı­nı, həm də üz­gəc­lə­rin və əzə­lə­lə­rin ona bağ­lan­ma­sı­nı tə­min edə­cək bir qu­ru­lu­şa ma­lik­dir. Əgər be­lə ol­ma­say­dı, ba­lıq­la­rın su­da hə­rə­kət et­mə­si müm­kün ol­maz­dı. La­kin yal­nız onur­ğa­sı­nın xü­su­si for­ma­da ol­ma­sı bir ba­lı­ğın üzə bil­mə­si üçün ki­fa­yət de­yil. Çün­ki ba­lı­ğın su­da­kı hə­rə­kə­ti yal­nız irə­li-ge­ri get­mək de­yil, bir ba­lıq su­da aşa­ğı-yu­xa­rı hə­rə­kət edə bil­mə­sə, ya­şa­ya bil­məz. Ba­lıq bu hə­rə­kə­ti də baş­qa bir or­qa­nizm sis­te­mi­nin sa­yə­sin­də ba­ca­rır. Ba­lıq­la­rın bə­də­nin­də ha­va ki­sə­lə­ri var. Ba­lıq­lar bu ki­sə­lə­ri ha­va ilə dol­du­ra­raq də­rin­li­yə enə və ya ha­va­nı bu­ra­xa­raq su sət­hi­nə doğ­ru çı­xa bi­lir­lər.
Bəs ba­lıq­la­rın da­im su için­də ol­ma­sı­na bax­ma­ya­raq nə üçün zə­rər gör­mə­dik­lə­ri­ni heç dü­şün­dü­nüz­mü? Biz su­da mü­əy­yən bir müd­dət qal­dıq­dan son­ra də­ri­miz bun­dan tə­sir­lən­mə­yə baş­la­yır, da­ha bir az da qal­saq, də­ri­miz zi­yan çə­kir. Hal­bu­ki ba­lıq­lar­da bu, baş ver­mir. Çün­ki ba­lıq­la­rın də­ri­si­nin üzə­rin­də sərt par­laq tə­bə­qə var. Bu tə­bə­qə su­yun bə­də­nə da­xil ol­ma­sı­nın qar­şı­sı­nı alır. Əgər bu tə­bə­qə ol­ma­say­dı, ba­lı­ğın bə­də­ni zə­rər çə­kər, hət­ta içə­ri su gir­mə­si sə­bə­bi­lə mü­va­zi­nə­ti po­zu­lar və ba­lıq da ölər­di. La­kin bü­tün bun­la­rın heç bi­ri baş ver­mir və ba­lıq­lar ya­şa­ma­ğa da­vam edir­lər.
Yer üzün­də­ki bü­tün ba­lıq növ­lə­ri bu xü­su­siy­yət­lə­rin ha­mı­sı­na qü­sur­suz ola­raq sa­hib­dir. Bu xü­su­siy­yət­lər qə­dim dövr­lər­də ya­şa­mış ba­lıq­lar­da da möv­cud olub. Ba­lıq­lar mil­yon il­lər ər­zin­də heç də­yiş­mə­miş, bu gün də sa­hib ol­duq­la­rı qu­ru­luş­da ol­muş­lar. Bu­nu mil­yon­lar­la il bun­dan əv­vəl ya­şa­mış ba­lıq­la­rın bu gün bi­zə gə­lib ça­tan qa­lıq­la­rın­dan da gör­mək müm­kün­dür. Bu daş­laş­mış qa­lıq­lar­dan ay­dın olur ki, keç­miş­də də ba­lıq­lar bu gün­kü­nün ey­ni ol­muş, heç də­yiş­mə­miş­lər. Bu hal bi­zə ba­lıq­la­rın ya­ran­dıq­la­rı an­dan bu xü­su­siy­yət­lə­rə ma­lik ol­du­ğu­nu gös­tə­rir. Yə­ni ba­lıq­lar ya­ra­dıl­mış­dır. Ba­lıq­la­rın sa­hib ol­du­ğu bü­tün xü­su­siy­yət­lə­ri on­la­ra ve­rən qüv­və isə kai­nat­da­kı hər şe­yi ya­ra­dan Al­lah­dır. Al­lah bü­tün can­lı­la­rın eh­ti­yac­la­rın­dan xə­bər­dar olan­dır.

Hiç yorum yok:

Yorum Gönder