15 Haziran 2011 Çarşamba

DÜNYANIN ƏN UZUN QANADLI QUŞU-ALBATROS

            Al­bat­ros­lar çox bö­yük - 3,5 met­rə ya­xın - qa­nad­la­rı olan də­niz quş­la­rı­dır. Hə­yat­la­rı­nın 92 fai­zi­ni açıq də­niz­lər­də ke­çi­rir və qu­ru sa­hə­si­nə de­mək olar ki, en­mir­lər. Bu quş nö­vü­nün ən əsas xü­su­siy­yə­ti onun da­yan­ma­dan uzun müd­dət uça bil­mə­si­dir. Bu çə­tin işi isə al­bat­ros xü­su­si uçuş tər­zi sa­yə­sin­də ba­ca­rır.Al­bat­ro­sun uç­ma­sı üçün qa­nad­la­rı­nı kü­lə­yə qar­şı tam aça­raq ha­va­da da­yan­ma­sı ki­fa­yət­dir. Bu şə­kil­də qa­nad çal­ma­dan sa­at­lar­la uça bi­lir. Quş bu­nu qa­nad­la­rı­nı müm­kün qə­dər ge­niş aça­raq ye­ri­nə ye­ti­rir və bu hal­da qu­şun qa­nad­la­rı­nın uzun­lu­ğu 3,5 met­rə ça­tır. Bu, quş­lar ara­sın­da ən bö­yük qa­nad uzun­lu­ğu­dur.

            Al­bat­ros yu­xa­rı qal­xan ha­va axın­la­rın­dan və kü­lək­dən is­ti­fa­də edə­rək bun­la­rın is­ti­qa­mə­tin­də uçur. Kü­lə­yin için­də ziq­zaq­va­ri şə­kil­də xət­lər cı­za­raq və axın­dan-axı­na ke­çə­rək hə­rə­kət edir. Al­bat­ros bu şə­kil­də heç bir qa­nad çal­ma­dan sa­at­lar­la su üzə­rin­də uça bi­lir. Bəs al­bat­ros­lar nə­yin sa­yə­sin­də bu çə­tin işi ba­ca­rır? Bu qu­şun be­lə xü­su­siy­yə­tə ma­lik ol­ma­sı­nın sə­bə­bi nə­dir?
            Xü­su­sən də 3,5 metr­lik bu nə­həng qa­nad­la­rı sa­bit şə­kil­də açıq sax­la­maq üçün çox bö­yük güc tə­ləb olu­nur. Al­bat­ros­la­rın nə qə­dər çə­tin bir işi ye­ri­nə ye­tir­di­yi­ni an­la­maq üçün al­bat­ro­su bir in­san­la mü­qa­yi­sə edək. Bir in­san qol­la­rı­nı hət­ta az müd­dət də ol­sa ha­va­da sax­la­ma­ğa ça­lı­şan­da çə­tin­lik çə­kir. Bir qə­dər son­ra əzə­lə­lə­ri ağ­rı­ma­ğa baş­la­yır və qol­la­rı­nı aşa­ğı sal­ma­ğa məc­bur olur. Hal­bu­ki al­bat­ros­lar qa­nad­la­rı­nı sa­at­lar­la ha­va­da açıq sax­la­ya bi­lir­lər.
            Al­bat­ros­la­rın qa­nad sü­mük­lə­rin­də qa­nad­la­rı­nı açıq və­ziy­yət­də sax­la­ma­ğa im­kan ve­rən mü­əy­yən ki­lid sis­te­mi var. Məhz bu ki­lid sis­te­mi sa­yə­sin­də on­lar əzə­lə gü­cün­dən is­ti­fa­də et­mir. Bu da uçu­şu xey­li asan­laş­dı­rır. Bu xü­su­si sis­tem sa­yə­sin­də gün­lər­lə, həf­tə­lər­lə, hət­ta ay­lar­la ən az ener­ji iti­rə­rək heç da­yan­ma­dan uçur­lar.
            Bir an bu­nu dü­şün­mək al­bat­ros­lar­da­kı bü xü­su­siy­yət­lə­rin tə­sa­dü­fən ya­ran­ma­dı­ğı­nı an­la­maq üçün ki­fa­yət­dir. Də­niz­lə­rin üzə­rin­də uzun müd­dət uça­raq ya­şa­yan bu quş­la­rın üzə­rin­də Al­la­hın şəf­qət və rəh­mə­ti­ni gö­rü­rük. Al­bat­ros­la­rın hə­ya­tı­nı tə­min edən bü­tün xü­su­siy­yət­lə­ri on­la­ra ve­rən Al­lah­dır. Hər şe­yə qa­dir olan Rəb­bi­miz baş­qa can­lı­lar ki­mi bu can­lı­la­rı da qo­ru­yur və eh­ti­ya­cı­nı tam ödə­yir. Bir ayə­də Al­lah quş­la­rın xü­su­siy­yət­lə­ri­nə be­lə nə­zər ye­ti­rir:
            «Mə­gər müş­rik­lər yer­lə-göy ara­sın­da ram olun­muş quş­la­rı gör­mür­lər?! On­la­rı yal­nız Al­lah sax­la­yır. Hə­qi­qə­tən bun­da mö­min­lər üçün ib­rət­lər var­dır!» («Nəhl» su­rə­si, 79).

4 yorum: