15 Haziran 2011 Çarşamba

TUTUQUŞULAR KİMYAYA AİD BİLİKLƏRİ HARADAN BİLİR?

Bə­zi bit­ki­lə­rin to­xum­la­rı zə­hər­li­dir. Bu da on­la­rı ye­mə­yə ça­lı­şan düş­mən­lə­ri­nə qar­şı bir mü­da­fiə üsu­lu­dur. La­kin Ame­ri­ka­da ya­şa­yan bir tu­tu­qu­şu nö­vü bu to­xum­la­rın zə­hər­li ol­ma­sı­na bax­ma­ya­raq on­lar­la qi­da­la­na bi­lir. Tu­tu­qu­şu­nun bu hə­rə­kə­ti çox tə­əc­cüb­lü­dür. Çün­ki di­gər can­lı­lar bu to­xum­la­ra ya­xın­la­şa bil­mə­di­yi hal­da is­rar­la to­xum­la­rı ye­yən bu quş­la­ra heç bir şey ol­mur. Bu tə­əc­cüb­lü ha­di­sə­nin ne­cə baş ver­di­yi ilə siz də ma­raq­lan­dı­nız, elə de­yil­mi?

Ma­kau ad­lı bu tu­tu­qu­şu nö­vü­nün zə­hər­lən­mə­mə­si­nin sə­bə­bi alim­lə­rin də diq­qə­ti­ni çək­miş­dir. Quş­la­rı mü­şa­hi­də edən alim­lər çox ma­raq­lı bir ha­di­sə­nin şa­hi­di olub­lar.
Ma­kau­lar qi­da­lı­lı­ğı yük­sək olan bu zə­hər­li to­xum­la­rı ye­dik­dən dər­hal son­ra bir qa­ya­lı­ğa doğ­ru uçur­lar. Hə­min ye­rə çat­dıq­la­rı za­man bu­ra­da olan bə­zi gil­li qa­ya par­ça­la­rı­nı gə­mi­rib udur­lar. Bu, tə­sa­dü­fi bir ha­di­sə de­yil. Gil­li qa­ya par­ça­la­rı­nın əsas xü­su­siy­yə­ti to­xum­la­rın için­də­ki zə­hə­ri çək­mə­si­dir. Be­lə­lik­lə, quş bu­nun sa­yə­sin­də hər han­sı na­ra­hat­çı­lıq hiss et­mə­dən to­xum­la­rı həzm edə bi­lir.
Bu hey­van to­xu­mun zə­hər­lə­yi­ci tə­si­ri­ni əv­vəl­cə­dən mü­əy­yən et­mək ki­mi bir tib­bi bi­li­yi ne­cə əl­də et­miş­dir? Bəs bu tə­si­ri ne­cə ara­dan qal­dı­ra­ca­ğı­nı ha­ra­dan bi­lir? Zə­hə­ri zə­rər­siz­ləş­di­rə­cək bir mad­də­nin gil­li qa­ya­la­rın için­də ol­du­ğu­nu bil­mə­si üçün hər han­sı əc­za­çı­lıq təh­si­li ala bi­lər­mi? Əl­bət­tə ki, bun­la­rın heç bi­ri müm­kün de­yil.
Bir in­san to­xum­la­rın zə­hər­li olub-ol­ma­dı­ğı­nı kə­nar­dan ba­xa­raq mü­əy­yən edə bil­məz. To­xu­mun zə­hə­ri­ni ne­cə zə­rər­siz­ləş­di­rə­cə­yə­ni isə təx­min edə bil­məz. Bu­na gö­rə ya bir təh­sil al­ma­lı, ya da bu haq­da bir şey bi­lən bir nə­fər­lə məs­lə­hət­ləş­mə­li­dir. Be­lə ol­du­ğu hal­da heç bir ağ­lı və dü­şün­cə­si ol­ma­yan bir qu­şun uzun­müd­dət­li kim­yə­vi təh­lil və təd­qi­qat­lar nə­ti­cə­sin­də be­lə bir şe­yi kəşf et­di­yi­ni də de­mək ol­maz. Ma­kau­la­rın in­san­la­rın uzun sü­rən ix­ti­sas təh­si­lin­dən son­ra əl­də olu­nan bil­gi­lə­rə tə­sa­dü­fən na­il ol­ma­sı qey­ri-müm­kün­dür. Ma­kau­la­ra bu bi­li­yi hər şe­yi qü­sur­suz ya­ra­dan və hər şe­yi bi­lən Al­lah öy­rət­miş­dir.

Hiç yorum yok:

Yorum Gönder