15 Haziran 2011 Çarşamba

FİZİKANIN QANUNLARINI BİLƏN KƏPƏNƏKLƏR

Kə­pə­nək­lə­rin bə­zək­li xa­ri­ci gö­rü­nü­şü hər kə­sin çox xo­şu­na gə­lir. Rəng­li qa­nad­la­rı, zə­rif uçuş­la­rı ilə tə­bii bir gö­zəl­lik olan bu can­lı­lar Al­la­hın bi­zim üçün ya­rat­dı­ğı gö­zəl­lik­lər­dən bi­ri­dir. Əl­bət­tə ki, kə­pə­nək­lə­rin xü­su­siy­yət­lə­ri yal­nız bə­zək­li ol­ma­la­rın­dan iba­rət de­yil. Ol­duq­ca qı­sa ömür sür­mə­lə­ri­nə bax­ma­ya­raq bu can­lı­lar bə­zən bir mü­tə­xəs­sis ki­mi he­sab­la­ma apa­rır. Mə­sə­lən, uç­maq üçün - da­ha əv­vəl də gü­və­lər­lə bağ­lı qeyd et­di­yi­miz ki­mi - kə­pə­nək­lə­rin bə­də­ni mü­əy­yən bir tem­pe­ra­tur­da ol­ma­lı­dır. Bu­nun üçün kə­pə­nək­lə­rin nə­lər et­dik­lə­ri­ni bir­lik­də təh­lil edək.

Colias kə­pə­nə­yi ad­lan­dı­rı­lan bir növ kəpənək bə­dən tem­pe­ra­tu­ru 28 də­rə­cə­dən aşa­ğı ol­sa, uça bil­məz. Be­lə hal­da kə­pə­nək dər­hal qa­nad­la­rı­nı açır və ar­xa­sı gü­nə­şə doğ­ru, şüa­la­rı şa­qu­li ala­caq şə­kil­də da­ya­nır. Kə­pə­nək ki­fa­yət qə­dər isi­nib bə­dən tem­pe­ra­tu­ru­nu 40 də­rə­cə­yə çat­dı­ran­da öz ət­ra­fın­da 90 də­rə­cə dö­nür. Be­lə­lik­lə, Gü­nəş şüa­la­rı­nı üfü­qi for­ma­da da alır. Bu hə­rə­kət­lə Gü­nəş şüa­la­rı­nı isi­di­ci tə­si­ri mi­ni­mu­ma en­di­ri­lir. Həm­çi­nin kə­pə­nə­yin bə­dən tem­pe­ra­tu­ru en­mə­yə baş­la­yır.
            Bun­dan baş­qa, bu cins kə­pə­nək­lə­rin qa­nad­la­rın­da ki­çik qa­ra lə­kə­lər olur. Bu lə­kə­lər də tem­pe­ra­tu­ru kə­pə­nə­yin bə­də­nin­də top­la­maq funk­si­ya­sı­nı da­şı­yır. La­kin bu lə­kə­lər də tə­sa­dü­fi yer­lər­də de­yil. Bun­lar bə­də­nin isin­mə­yə ən çox eh­ti­ya­cı olan his­sə­lər­də yer­ləş­di­ri­lib. Bu qu­ru­luş sa­yə­sin­də qa­nad­lar­da­kı tez isi­nən ki­çik lə­kə­lər­dən baş­qa his­sə­lə­rə is­ti­li­yin nəq­li asan­la­şır. Çün­ki is­ti­li­yi ötür­mək üçün la­zım olan mə­sa­fə qı­sal­mış­dır.
            Baş­qa bir kə­pə­nək cin­si də bə­də­ni­nin tem­pe­ra­tu­ru­nu ar­tır­maq üçün bu­na bən­zər üsul­dan is­ti­fa­də edir. Lin­za­lar haq­qın­da ha­mı­nı­zın mə­lu­ma­tı var. On­la­rın bə­zi­lə­rin­dən ci­sim­lə­ri bö­yüt­mək, di­gər­lə­rin­dən isə ki­çilt­mək üçün is­ti­fa­də olu­nur. Mə­sə­lən, ey­nək şü­şə­lə­ri bir lin­za­dır. Gü­nəş işı­ğı­nın qar­şı­sı­na tu­tu­lan lin­za isə is­ti­li­yi mü­əy­yən bir nöq­tə­də top­la­ya bi­lir. Hət­ta bu üsul­la od yan­dır­maq da müm­kün­dür. Pieris nö­vün­dən olan kə­pə­nək isə qa­nad­la­rı­nı elə bir və­ziy­yət­də sax­la­yır ki, ey­ni­lə lin­za ki­mi bü­tün şüa­la­rı bə­də­ni­nin ən çox isin­mə­si la­zım olan yer­lə­rin­də top­la­ya bi­lir.
            Şüb­hə­siz ki, bu kə­pə­nək­lər hə­yat­la­rı­nın heç bir döv­rün­də fi­zi­ka və baş­qa möv­zu­lar­da təh­sil al­ma­mış­lar. Lin­za­nın xü­su­siy­yət­lə­ri­ni də bil­mir­lər. Gü­nəş şüa­la­rı­nın han­sı və­ziy­yət­də da­ha ar­tıq alın­ma­sın­dan da xə­bər­siz­dir­lər. Kə­pə­nək­lə­rə ən əl­ve­riş­li şə­kil­də isin­mək üçün nə­lə­ri edə­cək­lə­ri­ni il­ham edən, hər şe­yi qo­ru­yan və nə­za­rət edən Al­lah­dır. Al­lah bir ayə­də be­lə bu­yu­rur:
«...Al­lah hər şe­yə nə­za­rət edən­dir» («Əh­zab» su­rə­si, 52).

Hiç yorum yok:

Yorum Gönder