15 Haziran 2011 Çarşamba

QIŞ GÜVƏSİNDƏKİ İSİTMƏ SİSTEMİ

Qış fəs­li gə­lən­də dün­ya­nın so­yuq böl­gə­lə­rin­də ya­şa­yan bir çox hə­şə­rat nö­vü so­yuq və ya qi­da ça­tış­ma­maz­lı­ğı sə­bə­bi­lə məhv olur. Çün­ki hə­şə­rat­lar zə­rif can­lı­lar­dır, la­kin bu möv­zu­da bə­zi is­tis­na­lar da var. Mə­sə­lən, Ku­ku­mav gü­və­lə­ri kə­pə­nək­lə­rə bən­zər, ilk ba­xış­da çox zə­rif gö­rü­nən can­lı­lar­dır. La­kin on­lar əs­lin­də ən çə­tin qış şə­rai­tin­də də ya­şa­ma­ğa dö­züm­lü olan bə­dən qu­ru­lu­şu­na ma­lik­dir. Bu­na gö­rə də bu gü­və­lər «qış gü­və­lə­ri» ad­lan­dı­rı­lır.

Qış gü­və­lə­ri­nin də kə­pə­nək­lər ki­mi iki qa­na­dı və bu qa­nad­la­rı bir­ləş­di­rən bir göv­də­si var. Bu gü­və nö­vü­nün uça bil­mə­si üçün qa­nad­la­rı­nın yer­ləş­di­yi si­nə his­sə­sin­də 30 də­rə­cə is­ti­lik ol­ma­lı­dır. Hal­bu­ki ya­şa­dıq­la­rı yer­də is­ti­lik əsa­sən 0 də­rə­cə, hət­ta bun­dan da aşa­ğı­dır. Bəs qış gü­və­lə­ri be­lə so­yuq bir yer­də ne­cə ya­şa­ya bi­lir­lər? Hə­rə­kət­siz ol­duq­la­rı za­man bu can­lı­la­rın so­yuq­dan don­ma­sı­na ma­ne olan, so­yuq­da uç­ma­la­rı­na im­kan ve­rən nə­dir?
Bu gü­və nö­vü qış­da ya­şa­ma­sı­nı tə­min edən xü­su­si bir isit­mə sis­te­mi ilə bir­lik­də ya­ra­dı­lıb. Bu sis­tem bir-bi­ri­ni ta­mam­la­yan müx­tə­lif xü­su­siy­yət­lər­dən iba­rət­dir. Qış gü­və­lə­ri uç­maz­dan əv­vəl ilk cəhd­lə­rin­də qa­nad­la­rı­na bağ­lı olan əsas əzə­lə­lə­ri­ni fa­si­lə­siz bü­küb-aça­raq qa­nad­la­rı­nı tit­rə­dir­lər. Qa­nad­la­rı­nı sü­rət­lə çırp­ma­sı hə­şə­ra­tın döş his­sə­sin­də is­ti­li­yi­nin art­ma­sı­nı tə­min edir. Hə­ra­rə­tin be­lə ar­tı­mı nə­ti­cə­sin­də döş his­sə­si­nin tem­pe­ra­tu­ru 0 də­rə­cə­dən 30 də­rə­cə­yə, hət­ta da­ha da yük­sək həd­də ça­tır. Bu, gü­və­nin ya­şa­ma­sı üçün la­zım olan xü­su­siy­yət­lər­dən yal­nız bi­ri­dir. Qış gü­və­si­nin bə­də­ni­nin is­ti­li­yi­ni yük­səlt­mə­si uçuş üçün tam ki­fa­yət de­yil. Çün­ki uçuş za­ma­nı bə­dən tem­pe­ra­tu­ru ilə ha­va tem­pe­ra­tu­ru ara­sın­da­kı fərq is­ti­li­yin iti­ril­mə­si­nə sə­bəb ola­caq. Bir stə­ka­nın için­də­ki is­ti çay bir müd­dət son­ra so­yu­du­ğu ki­mi gü­və­nin bə­də­ni də so­yu­ya­caq. Həm­çi­nin gü­və­nin qa­nad­la­rı­nı çırp­ma­sı lü­zum­suz ola­caq. Qış gü­və­si­nin uç­ma­sı, da­ha doğ­ru­su, ya­şa­ma­sı üçün is­ti­li­yi qo­ru­yub sax­la­ya bi­lə­cə­yi baş­qa bir üsu­la eh­ti­ya­cı var. Be­lə­lik­lə, gü­və­nin bu eh­ti­ya­cı da Al­la­hın onun bə­də­nin­də ya­rat­dı­ğı xü­su­si bir qu­ru­luş­la tə­min edi­lib. Gü­və­lər is­ti­lik it­ki­si­ni azal­dan sıx pul­cuq­lar­la əha­tə olu­nub. Alim­lə­rin apar­dı­ğı təd­qi­qat nə­ti­cə­sin­də mə­lum olub ki, pul­cuq­la­rı ol­ma­yan gü­və­nin bə­də­ni pul­cuq­la­rı olan gü­və­yə nis­bə­tən 2 də­fə tez so­yu­yur.
Bun­lar qış gü­və­lə­rin­də­ki so­yuq­dan mü­da­fiə me­xa­nizm­lə­rin­dən bir ne­çə­si­dir. Say­dı­ğı­mız xü­su­siy­yət­lər bu gü­və nö­vün­də onun ya­ran­dı­ğı ilk an­dan eti­ba­rən möv­cud ol­maq məc­bu­riy­yə­tin­də­dir. Əks hal­da gü­və so­yuq­dan ölə­cək və nəs­li kə­si­lə­cək. Baş­qa gü­və növ­lə­rin­dən fərq­li ola­raq so­yuq böl­gə­lər­də ya­şa­yan gü­və növ­lə­rin­də bu xü­su­siy­yə­tin tə­sa­dü­fi ol­ma­dı­ğı­nı dərk et­mək üçün uzun müd­dət dü­şün­mə­yə eh­ti­yac yox­dur. Al­lah bu can­lı­la­rın so­yuq­da ya­şa­ma­sı üçün gör­dü­yü hər bir təd­bir­lə Özü­nü biz­lə­rə ta­nı­dır. Al­lah bü­tün can­lı­la­rın ol­du­ğu ye­ri bil­di­yi­ni bi­zə bir ayə­sin­də aşa­ğı­da­kı ki­mi bil­di­rir:
«Yer üzün­də ya­şa­yan elə bir can­lı yox­dur ki, Al­lah onun ru­zi­si­ni ver­mə­sin. Al­lah on­la­rın sı­ğı­na­caq­la­rı­nı da, əma­nət qo­yu­la­caq yer­lə­ri­ni də bi­lir. Bun­la­rın ha­mı­sı açıq-aş­kar ki­tab­da­dır» («Hud» su­rə­si, 6).
Can­lı­lar­da­kı be­lə xü­su­siy­yət­lər Al­la­hın gü­cü­nü və ya­ra­dı­cı­lıq qa­bi­liy­yə­ti­ni yax­şı dərk et­mə­yi­mi­zi, Rəb­bi­mi­zə olan iman və sev­gi­mi­zin art­ma­sı­nı tə­min edir. Siz də oxu­du­ğu­nuz bu ma­raq­lı mə­lu­mat­la­rı baş­qa­la­rı­na da­nış­maq­la on­la­rın da Al­la­ha olan iman­la­rı­nı ar­tı­ra bi­lər­si­niz.

Hiç yorum yok:

Yorum Gönder