15 Haziran 2011 Çarşamba

GİZLİ SUALTI SIĞINACAQ OLAN MƏRCANLAR

            Mər­can­la­rı ilk də­fə gör­dü­yü­nüz za­man on­la­rı rəng­li daş yı­ğı­nı zənn edə bi­lər­si­niz. La­kin bu, yan­lış bir eh­ti­mal­dır. Çün­ki mər­can­lar can­lı­dır. Mil­yard­lar­la mər­can bir yer­də ya­şa­yır, xü­su­si if­ra­zat mad­də­lə­ri ilə bir-bi­ri­nə bir­lə­şir və bu daş gö­rü­nüş­lü qu­ru­lu­şu mey­da­na gə­ti­rir.
 

            Mər­can­lar öl­dük­dən son­ra qa­lıq­la­rı daş­la­şır və bu qa­lıq­lar mü­əy­yən müd­dət ər­zin­də bir çox can­lı­nın bir­lik­də ya­şa­dı­ğı mər­can yu­va­la­rı­na çev­ri­lir. Bu­ra­da ya­şa­yan ba­lıq­la­rın özü­nə xas xü­su­siy­yət­lə­ri var. Mə­sə­lən, mə­lək ba­lı­ğı ki­mi gün­düz­lər ov edən ba­lıq­lar Gü­nəş bat­dıq­dan son­ra mər­can rif­lə­rin­də­ki giz­li yer­lər­də və ya­rıq­la­rın için­də giz­lə­nir­lər.

            Mər­can­lar­da ya­şa­yan ba­lıq­la­rın əsas dav­ra­nı­şı da bir-bi­rin­dən fərq­lə­nir. Mə­sə­lən, bir az əv­vəl haq­qın­da da­nış­dı­ğı­mız tu­tu­qu­şu ba­lı­ğı ki­mi bə­zi ba­lıq­lar ge­cə­lər ya­taq ör­tü­yü için­də də­rin bir yu­xu­ya da­lır­lar. Ti­kan­lı ba­lıq ki­mi bə­zi növ­lər isə ya­rıo­yaq şə­kil­də din­cə­lir­lər. Ke­çi ba­lı­ğı və di­gər bə­zi ba­lıq­lar gün­düz çox par­laq rəng­lər­dən is­ti­fa­də edir, ge­cə­lər isə adə­tən bu ba­lıq­la­rın də­ri­si də­yi­şir, rəng­lə­ri da­ha sol­ğun olur.
            Sün­gər­lər, mər­can­lar və kü­rü tö­kən bə­zi ba­lıq­lar da ölü mər­can qa­lıq­la­rın­da ya­şa­yan can­lı­lar­dır. Bun­dan baş­qa, ki­çik yen­gəc­lər və kre­vet­lər də mik­ros­ko­pik bit­ki­lər­lə, hey­van­lar­la qi­da­lan­maq üçün mər­can qa­ya­la­rı­na doğ­ru ge­dir. Mər­can qa­ya­la­rın­da ya­şa­yan kö­pək ba­lıq­la­rı və mü­ren ba­lıq­la­rı isə qa­ran­lıq­da qi­da tap­maq üçün çox güc­lü olan qo­xu or­qan­la­rın­dan is­ti­fa­də edir­lər.
            Al­la­hın su al­tın­da ya­rat­dı­ğı müx­tə­lif can­lı­lar, Onun bu can­lı­la­rı ör­nək­siz ya­rat­ma­sı, ecaz­kar xü­su­siy­yət­lə­ri bi­zə Rəb­bi­mi­zin çox yük­sək ya­ra­dı­cı­lıq qa­bi­liy­yə­ti­ni və qü­sur­suz el­mi­ni ta­nı­dır. «Nəhl» su­rə­sin­də­ki ayə­lər­də Al­lah ya­rat­dı­ğı can­lı­lar­dan bə­zi ör­nək­lər ve­rir. Bun­dan baş­qa, in­san­la­rın bü­tün bun­la­ra şükr et­mə­li ol­du­ğu be­lə bil­di­rir:
            «Al­lah yer üzün­də ya­rat­dı­ğı cür­bə­cür şey­lə­ri də si­zin ix­ti­ya­rı­nı­za ver­di. Öyüd-nə­si­hət qə­bul edən­lər üçün söz­süz ki, bun­da da əla­mət­lər var­dır! Tə­zə ət ye­mə­yi­niz, tax­dı­ğı­nız bə­zək şey­lə­ri­ni çı­xart­ma­ğı­nız üçün də­ni­zi də si­zə ram edən Odur. Al­la­hın ne­mə­tin­dən si­zin ru­zi ax­tar­ma­ğı­nız üçün sən gə­mi­lə­rin onu ya­ra-ya­ra üzüb get­di­yi­ni gö­rür­sən. Bəl­kə şükr edə­si­niz» («Nəhl» su­rə­si, 13-14).

Hiç yorum yok:

Yorum Gönder