15 Haziran 2011 Çarşamba

GÖYDƏLƏNLƏR TİKƏN KOR TERMİTLƏR

Ter­mit­lər qa­rış­qa ki­mi ki­çik bö­cək­lər­dir, am­ma bu­na bax­ma­ya­raq on­lar çox ba­ca­rıq­lı­dır. Mə­sə­lən, şə­kil­lər­də gör­dü­yü­nüz qül­lə­yə­bən­zər hün­dür yu­va­la­rı bu ki­çik can­lı­lar ha­zır­la­mış­lar. Xa­ri­ci gö­rü­nü­şü­nə ba­xar­kən heç də zənn et­mə­yin ki, bu yu­va­lar sa­də­dir. Çün­ki ter­mit­lər yu­va­la­rı­nı ey­ni la­yi­hə əsa­sın­da ha­zır­la­yır­lar. Bu­ra­da ba­la ter­mit­lər üçün xü­su­si otaq­lar, man­tar ha­zır­la­yan hüc­rə­lər, ana ter­mi­tin ota­ğı və s. otaq­lar var. Ən əsas cə­hət isə ter­mit yu­va­la­rın­da ha­va­nı də­yiş­mək üçün xü­su­si bir ven­til­ya­si­ya sis­te­mi­nin ol­ma­sı­dır. Ter­mit­lə­rin də­ri­si çox in­cə ol­du­ğu üçün on­la­rın rü­tu­bət­li ha­va­ya eh­ti­ya­cı var. Bu­na gö­rə on­lar yu­va­nın için­də­ki hə­ra­rə­ti və rü­tu­bə­ti mü­əy­yən bir ta­raz­lıq­da sax­la­ma­lı­dır. Əks hal­da ölə bi­lər­lər. Ter­mit­lər ha­va­nı yu­va­nın için­də xü­su­si ka­nal­lar­la dövr et­di­rə­rək və yer al­tın­da qaz­dıq­la­rı tu­nel­lər­dən gə­lən su­dan is­ti­fa­də edə­rək hə­ra­rə­ti və rü­tu­bə­ti tən­zim­lə­yir­lər.

Bu­nun nə qə­dər çə­tin bir pro­ses ol­ma­sı­na, ter­mit­lə­rin bü­tün bun­la­rı ha­zır­la­maq üçün bir çox şe­yi ey­ni vaxt­da dü­şü­nə­rək çox plan­lı şə­kil­də hə­rə­kət et­mə­si­nə diq­qət ye­tir­di­niz, elə de­yil­mi? Bun­dan əla­və, bu­ra­da siz­lə­rə çat­dır­dıq­la­rı­mız ter­mit­lə­rin gör­dü­yü bir çox işin yal­nız ki­çik bir his­sə­si­dir.
Ter­mit­lə­rin xü­su­siy­yət­lə­rin­dən bi­ri də uzun­lu­ğu bə­zən 7 met­rə ça­tan yu­va­la­rı­nı çox yax­şı qo­ru­ma­la­rı­dır. Yu­va­nın di­var­la­rın­da bir də­lik açıl­dı­ğı an­da hə­yə­can siq­na­lı ve­ri­lir. Ke­şik­çi­lər baş­la­rı­nı di­var­la­ra vu­ra­raq təh­lü­kə ya­ran­dı­ğı­nı xə­bər ve­rir və və­ziy­yə­ti ko­lo­ni­ya­nın bü­tün üzv­lə­ri­nə bil­di­rir­lər. Bun­dan son­ra sür­fə­lər qo­ru­nur və yu­va­nın da­ha təh­lü­kə­siz yer­lə­ri­nə apa­rı­lır. Ata və ana ter­mi­tin ol­du­ğu ota­ğın gi­riş­lə­ri də sü­rət­lə di­var­lar­la ör­tü­lür. Uçu­lan his­sə hə­min an­da «hərb­çi» ter­mit­lər tə­rə­fin­dən əha­tə olu­nur. Di­va­rın tə­mi­ri üçün la­zım olan ma­te­ria­lı da­şı­yan iş­çi­lər on­la­rı iz­lə­yir. Bir ne­çə sa­at ər­zin­də uçul­muş his­sə­nin üzə­ri bir yı­ğın­la ör­tü­lür. Son­ra isə için­də­ki his­sə­lə­ri bər­pa et­mə­yə baş­la­yır­lar. Ter­mit­lər çox plan­lı bir şə­kil­də hə­rə­kət edir və heç bir qa­rı­şıq­lıq ya­rat­ma­dan hər kəs öz üzə­ri­nə dü­şən və­zi­fə­ni ye­ri­nə ye­ti­rir.
Həm­çi­nin ter­mit­lə­rin çox qı­sa müd­dət ər­zin­də bu iş­lə­ri gö­rə bil­mə­sin­dən bi­zə ay­dın olur ki, on­la­rın ara­la­rın­da mü­kəm­məl bir əla­qə var. La­kin ter­mit­lər­lə bağ­lı da­ha hey­rə­ta­miz bir mə­lu­mat da var: bü­tün bu ni­zam-in­ti­za­mı ya­ra­dan, göy­də­lə­nə bən­zər yu­va­lar ti­kən, yu­va­la­rı­nı qo­ru­maq üçün təh­lü­kə­siz­lik təd­bir­lə­ri gö­rən ter­mit­lər əs­lin­də KOR CAN­LI­LAR­DIR.
On­lar bü­tün bu iş­lə­ri ye­ri­nə ye­ti­rər­kən heç bir şey gör­mür­lər. Bəs bu can­lı­la­rın bu qə­dər ba­ca­rıq­lı ol­ma­sı­nın və plan qur­ma­sı­nın sə­bə­bi nə­dir?
Tə­ka­mül­çü­lər məhz bu tip­li su­al­la­ra «tə­sa­dü­fən» ca­va­bı­nı ve­rir. La­kin bu, səhv bir ca­vab­dır. Çün­ki ter­mit­lə­rin yu­va­la­rın­da­kı sis­te­min tək­cə bir his­sə­si, mə­sə­lən, on­la­rın qur­du­ğu ven­til­ya­si­ya ka­nal­la­rı be­lə bir sis­te­min tə­sa­dü­fən mey­da­na gəl­mə­di­yi­ni təs­diq et­mək üçün bi­zə ki­fa­yət­dir. Əl­bət­tə, kor ter­mit­lər yu­va­da­kı mü­kəm­məl ni­zam-in­ti­za­mı və bü­tün iş­lə­rin heç bir qa­rı­şıq­lıq ol­ma­dan hə­ya­ta ke­çi­ril­mə­si­ni öz-özü­nə tə­min edə bil­məz­lər. Han­sı iş­lə­ri gö­rə­cək­lə­ri on­la­ra öy­rə­di­lir.
Al­lah Qu­ran ayə­lə­rin­də be­lə mə­sə­lə­lər haq­qın­da dü­şün­mə­yi­miz üçün bə­zi hey­van­lar­dan nü­mu­nə­lər ver­miş­dir. Mə­sə­lən, «Nəhl» su­rə­sin­də­ki bal arı­sı nü­mu­nə gös­tə­ri­lir. Bun­dan əla­və, bi­zim üçün bal ha­zır­la­yan arı­la­ra nə edə­cək­lə­ri­ni Rəb­bi­mi­zin öy­rət­mə­si ayə­də bil­di­ri­lir. Ayə­lər aşa­ğı­da­kı ki­mi­dir:
«Rəb­bin bal arı­sı­na be­lə vəhy (təl­qin) et­di: «Dağ­lar­da, ağac­lar­da və in­san­la­rın qur­du­ğu yer­lər­də (ev­lə­rin da­mın­da, üzüm­lük­lər­də) özü­nə yu­va tik; son­ra bü­tün mey­və­lər­dən ye və Rəb­bi­nin sə­nə gös­tər­di­yi yo­lla ra­hat, asan­lıq­la get! O arı­la­rın qa­rın­la­rın­dan in­san­lar üçün şə­fa olan mü­xtə­lif rəng­li (ağ, sa­rı, qır­mı­zı) bal çı­xar. Şüb­hə­siz ki, bun­da da dü­şü­nüb dərk edən­lər üçün bir ib­rət var­dır!» («Nəhl» su­rə­si, 68-69).
Ayə­də nü­mu­nə ola­raq ve­ri­lən arı­lar ki­mi ter­mit­lər də Al­la­hın on­la­ra öy­rət­di­yi, yə­ni vəhy et­di­yi ki­mi ya­şa­yır­lar. Hət­ta qar­şı­la­rı­nı da gör­mə­yən bu can­lı­la­rın ara­sın­da qü­sur­suz bir əla­qə ya­ra­dan, on­la­ra nə­lər edə­cək­lə­ri­ni öy­rə­dən, yu­va­da­kı mil­yon­lar­la ter­mi­tin hər bi­ri­nin öz üzə­ri­nə dü­şən və­zi­fə­ni ye­ri­nə ye­tir­mə­si­ni tə­min edən Rəb­bi­miz­dir.

5 yorum: