13 Haziran 2011 Pazartesi

SUYU QAYÇI KİMİ KƏSƏN SU QUŞU

            Bir çox quş­lar qa­nad­la­rı su­ya to­xun­du­ğu za­man uça bil­mir, çün­ki su tük­lə­ri bir-bi­ri­nə ya­pış­dı­rır və quş qa­nad­la­rı­nı hə­rə­kət et­di­rə bil­mir. Su quş­la­rı isə bü­tün gün ər­zin­də su­ya gi­rib-çı­xır­lar, la­kin on­lar­da be­lə bir prob­lem ya­ran­mır. Bu qey­ri-adi və­ziy­yə­tin sə­bə­bi ilə siz də ma­raq­lan­dı­nız, elə de­yil­mi? Su quş­la­rı­nın qa­nad­la­rın­da su ilə tə­mas­da ol­duq­la­rı za­man tük­lə­ri­nin bir-bi­ri­nə ya­pış­ma­sı­nın qar­şı­sı­nı alan yağ var. Bu­nun sa­yə­sin­də quş­lar su­da və qu­ru­da ra­hat hə­rə­kət edə bi­lir­lər. Skim­mer də bir su qu­şu­dur, la­kin onun bə­də­nin­də bu yağ­dan yox­dur. Bu­na gö­rə də o, baş­qa su quş­la­rı ki­mi ov et­mək üçün su­ya gi­rə bil­mir. Bəs su­da hə­rə­kət edə bil­mə­yən bu quş­lar ne­cə qi­da­la­na­caq­lar?

            Son­suz şəf­qət və mər­hə­mət sa­hi­bi olan Al­lah bu qu­şun alt dim­di­yi­ni üst dim­di­yin­dən uzun ya­rat­mış­dır. Uzun alt dim­di­yi­nin uc­la­rı to­xu­nu­şa qar­şı çox həs­sas­dır. Bun­dan əla­və, su qu­şu­nun qa­nad­la­rı elə bir qü­sur­suz qu­ru­lu­şa ma­lik­dir ki, su üzə­rin­də heç bir qa­nad çal­ma­dan uzun müd­dət sü­zə bi­lir. Alt dim­di­yi­ni su­ya sa­la­raq və su­yu ey­nən qay­çı ki­mi kə­sə­rək uçur. Həs­sas dim­di­yi bir ova to­xun­du­ğu za­man quş hə­min an­da bu­nu hiss edir və ovu­nu tu­tur. Bu quş Al­la­hın bü­tün can­lı­la­rı heç bir nü­mu­nə ol­ma­dan ya­rat­ma­sı­nın də­lil­lə­rin­dən­dir.

Hiç yorum yok:

Yorum Gönder