13 Haziran 2011 Pazartesi

QUŞ TÜKLƏRİNİN QURULUŞU


            Əl­bət­tə ki, quş­la­rı baş­qa can­lı­lar­dan ayı­ran ən əsas xü­su­siy­yət on­la­rın uça bil­mə­si­dir. Heç bir can­lı­nın ba­car­ma­dı­ğı bu işi quş­lar xü­su­si qu­ru­lu­şu olan tük­lə­ri va­si­tə­si­lə edir­lər. Quş tük­lə­ri çox yün­gül­dür, qal­dır­ma gü­cü var və ye­ni­dən asan­lıq­la əv­vəl­ki və­ziy­yə­ti­nə qa­yı­da bi­lir­lər. Əgər bir quş tü­kü­nü mik­ros­kop al­tın­da mü­şa­hi­də et­sək, qey­ri-adi bir qu­ru­luş­la rast­la­şa­rıq. Tük­lə­rin or­ta­sın­da ha­mı­mı­zın bil­di­yi uzun və sərt bir bo­ru var. Bu bo­ru­nun hər iki tə­rə­fin­dən yüz­lər­lə tük çı­xır. Uzun­lu­ğu və yum­şaq­lı­ğı müx­tə­lif olan bu tük­lər qu­şa ha­va­da sü­rət­lə uç­maq im­ka­nı ve­rir.

            La­kin da­ha ma­raq­lı­sı odur ki, bu tük­lə­rin də hər bi­ri­nin üzə­rin­də adi göz­lə gö­rün­mə­yən da­ha ki­çik «tük­cük»lər var. Bu tük­cük­lə­rin də üzə­rin­də ki­çik qar­maq­lar var. Bu qar­maq­lar sa­yə­sin­də hər bir tük­cük bir-bi­rin­dən san­ki toq­qa ki­mi tu­tur. Qar­maq­lar bir toq­qa­nın iki tə­rə­fi ki­mi bir-bi­ri­nə bər­ki­dil­miş­dir. Bir-bi­ri­nə qar­maq­lar­la bər­ki­dil­miş tük­cük­lər ara­la­rın­dan ha­va keç­mə­yə­cək qə­dər sıx yer­lə­şir. Əgər qar­maq­lar hər han­sı bir for­ma­da bir-bi­rin­dən ay­rıl­sa, qu­şun sil­kə­lən­mə­si və ya dim­di­yi ilə tük­lə­ri­ni dü­zəlt­mə­si ilə tük­lər ye­ni­dən əv­vəl­ki və­ziy­yə­tə gə­lir.
            Quş­lar hə­yat­la­rı­nı da­vam et­di­rə bil­mək üçün tük­lə­ri­ni da­im tə­miz­lə­mə­li, on­la­ra qul­luq et­mə­li və hər za­man is­ti­fa­də üçün ha­zır sax­la­ma­lı­dır. Tük­lə­ri­nə qay­ğı gös­tə­rər­kən quy­ruq­la­rı­nın di­bin­də olan yağ ki­sə­lə­rin­dən is­ti­fa­də edir­lər. Dim­dik­lə­ri ilə bu yağ­dan mü­əy­yən miq­dar gö­tü­rə­rək tük­lə­ri­ni tə­miz­lə­yir və pa­rıl­da­dır­lar. Bu yağ su­da üzən quş­lar­da su­yun için­də və ya ya­ğış­da su­yun də­ri­yə keç­mə­si­nin qar­şı­sı­nı alır.
Bun­dan əla­və, quş­lar tük­lə­ri­ni qa­bart­maq­la so­yuq ha­va­lar­da bə­dən tem­pe­ra­tur­la­rı­nı sa­bit sax­la­yır, is­ti ha­va­da isə tük­lə­ri­ni bə­dən­lə­ri­nə ya­pış­dı­ra­raq bə­dən­lə­ri­nin sə­rin qal­ma­sı­nı tə­min edir­lər.
            Bə­də­nin müx­tə­lif yer­lə­rin­də olan tük­lə­rin hər bi­ri­nin öz funk­si­ya­sı var. Qu­şun qa­rın his­sə­sin­də­ki tük­lər­lə qa­nad və quy­ruq his­sə­sin­də olan tük­lər müx­tə­lif xü­su­siy­yət­lə­rə ma­lik­dir. Əsa­sı­nı bö­yük tük­lə­rin təş­kil et­di­yi quy­ruq tük­lə­ri sü­kan və əy­ləc funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir. Qa­nad tük­lə­ri isə qa­nad çal­ma əs­na­sın­da açı­la­raq sa­hə­ni ge­niş­lən­di­rə­cək və yu­xa­rı qal­dır­maq gü­cü­nü atı­ra­caq qu­ru­luş­da­dır. Quş qa­na­dı­nı aşa­ğı­ya doğ­ru hə­rə­kət et­dir­di­yi za­man tük­lər bir-bi­ri­nə ya­xın­la­şır və ha­va­nın keç­mə­si­nin qar­şı­sı alı­nır. Yu­xa­rı qal­dır­dı­ğı za­man isə tük­lər tam açı­la­raq ara­la­rın­dan ha­va­nın keç­mə­si­nə im­kan ya­ra­dır. Quş­lar uç­ma qa­bi­liy­yət­lə­ri­ni qo­ru­maq üçün mü­əy­yən dövr­lər­də tük­lə­ri­ni tö­kür­lər. Funk­si­ya­sı­nı ar­tıq ye­ri­nə ye­ti­rə bil­mə­yən köh­nəl­miş və ya qı­rıl­mış bö­yük tük­lər sü­rət­lə ye­ni­lə­nir.
            Tük­lər­də olan bü­tün bu in­cə qu­ru­luş hər quş­da var. Bü­tün quş­la­rın tük­lə­ri on­la­rın uç­ma­sı­nı tə­min edən xü­su­siy­yət­lə­rə ma­lik­dir. Bu­ra­da gös­tə­ri­lən­lər haq­qın­da dü­şü­nən və fi­kir yü­rü­dən bir in­san quş­lar­da olan bü­tün bu qa­nu­na­uy­ğun­luq­la­rı gö­rə­cək və bu­nun Al­la­ha aid ol­du­ğu­nu da dər­hal an­la­ya­caq. Yal­nız quş­la­rın bu xü­su­siy­yə­ti­ni dü­şün­mək Al­la­hın nə qə­dər bö­yük bir gü­cə sa­hib ol­du­ğu­nu dərk et­mək üçün ki­fa­yət­dir.
            Qu­ran ayə­lə­rin­də iman gə­ti­rən in­san­la­rın Al­la­hın ya­rat­dı­ğı can­lı­lar haq­qın­da dü­şün­mə­sin­dən və be­lə de­dik­lə­rin­dən bəhs edi­lir:
            «Göy­lə­rin və ye­rin hök­mü Al­la­ha məx­sus­dur. Al­lah hər şe­yə qa­dir­dir! Hə­qi­qə­tən göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sı, ge­cə ilə gün­dü­zün bir-bi­ri­ni əvəz et­mə­si ağıl sa­hib­lə­ri üçün qə­ti də­lil­lər­dir. O kəs­lər ki, ayaq üs­tə olan­da da, otu­ran­da da, uza­nan­da da Al­la­hı xa­tır­lar, göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sı haq­qın­da dü­şü­nər­lər: «Ey Rəb­bi­miz! Sən bun­la­rı boş ye­rə ya­rat­ma­mı­san! Sən pak və mü­qəd­dəs­sən! Bi­zi cə­hən­nəm odu­nun əza­bın­dan Özün qo­ru!»« («Ali-İm­ran» su­rə­si, 189-191).

Hiç yorum yok:

Yorum Gönder