15 Haziran 2011 Çarşamba

HÖRÜMÇƏK TORLARINDAKI MÜHƏNDİS LAYİHƏSİ

Çox yer­də gö­rə bi­lə­cə­yi­miz hö­rüm­çək tor­la­rı­nın for­ma­sı­na heç diq­qət et­mi­si­niz­mi? Sap­la­rı­nın on­la­rın özü tə­rə­fin­dən ha­zır­lan­dı­ğı­nı və bu sap­la­rın çox qə­ri­bə xü­su­siy­yə­ti­nin ol­du­ğu­nu bi­lir­si­niz­mi? Və ya bağ­ça hö­rüm­çə­yi­nin qur­du­ğu tor­da is­ti­fa­də et­di­yi tex­ni­ka­nın in­şa­at mü­hən­dis­lə­ri­nin is­ti­fa­də et­di­yi ən son tex­ni­ka­ya çox bən­zə­di­yi­ni eşit­miş­di­niz­mi?

Hö­rüm­çək­lər tor­la­rı­nı qur­maq üçün iki müx­tə­lif ye­rə eh­ti­yac hiss edir­lər. Tor­lar əsa­sən iki di­va­rın bir­ləş­di­yi künc və ya iki bu­daq ara­sın­da qu­ru­lur. La­kin bə­zi hö­rüm­çək­lər yal­nız bir tə­rəf­dən is­ti­fa­də edə­rək də tor­la­rı­nı qur­maq ba­ca­rı­ğı­na ma­lik­dir. Hö­rüm­çə­yin öz to­ru­nu qur­ma­sı isə çox yük­sək bir qa­bi­liy­yət­dir. İn­di siz­lə­rə da­nı­şa­caq­la­rı­mı­zı gö­zü­nü­zün önün­də can­lan­dır­ma­ğa ça­lı­şın.
Hö­rüm­çək to­ru­nu qur­maq üçün ki­fa­yət qə­dər uzun, elas­tik bir bu­da­ğı se­çə­rək işə baş­la­yır. Əv­vəl­cə sa­pı bu­da­ğın ucu­na möh­kəm ya­pış­dı­rır. Bir tə­rəf­dən, bu­da­ğın aşa­ğı tə­rə­fi­nə doğ­ru ge­dir, di­gər tə­rəf­dən isə ağ­zın­dan sap if­raz edir. Mü­əy­yən bir mə­sa­fə­yə gəl­di­yi za­man da­ya­nır və sap if­ra­zı­nı sax­la­yır. İf­raz et­di­yi sa­pı qüv­vət­li şə­kil­də özü­nə sa­rı çək­mə­yə baş­la­yır. Bu­nun nə­ti­cə­sin­də bu­daq yay for­ma­sın­da bü­kü­lür. Hö­rüm­çək bu yay­da­kı bir tel ki­mi düz və­ziy­yət­də olan sa­pın di­gər ucu­nu özü­nün ol­du­ğu ye­rə möh­kəm ya­pış­dı­rır. Bun­dan son­ra isə bu ya­yın için­də öz tor­la­rı­nı hör­mə­yə baş­la­yır.
İn­di dü­şü­nün. Ara­la­rın­da­kı mə­sa­fə 2 metr olan iki di­var ara­sı­na 2,5 metr uzun­lu­ğun­da bir ipi ta­rım çək­mək la­zım ol­say­dı, nə edər­di­niz? Siz bu­nu dü­şün­mək­də olun, biz isə si­zə bağ­ça hö­rüm­çə­yi­nin bu prob­le­mi ne­cə həll et­mə­sin­dən da­nı­şaq.
Bağ­ça hö­rüm­çə­yi bə­zən to­ru­nu bir-bi­rin­dən çox ara­lı olan iki bu­daq ara­sın­da qu­rur. Be­lə tor­lar çox bö­yük ol­du­ğu üçün on­la­rın ov ov­la­maq qa­bi­liy­yə­ti də bö­yük­dür. La­kin to­run bö­yük­lü­yü sap­la­rın bir müd­dət son­ra bo­şal­ma­sı­na sə­bəb olur. Bu da ovun azal­ma­sı de­mək­dir. Be­lə hal­da hö­rüm­çək və­ziy­yət­dən çı­xış yo­lu ax­tar­ma­lı­dır. Tor bo­şal­dıq­da hö­rüm­çə­yin ye­ni bir tor qu­ra­ca­ğı­nı dü­şü­nə bi­lər­si­niz. La­kin yox, hö­rüm­çək to­ru tə­zə­lə­mək əvə­zi­nə baş­qa bir hey­rə­ta­miz üsu­la əl atır: to­run mər­kə­zi­nə gə­lə­rək bu­ra­dan ye­rə doğ­ru bir ip­lik çə­kir. İp­li­yin ye­rə ya­xın ucu­na da ki­çik bir daş bi­tiş­di­rir. Ye­ni­dən to­ra qa­yı­dır və ip­li­yi çə­kə­rək da­şı yer­dən yu­xa­rı qal­dı­rır. Hö­rüm­çək daş ha­va­da ol­du­ğu za­man ona bağ­lan­mış ip­li­yi ye­ni­dən to­run or­ta­sı­na möh­kəm­cə bi­tiş­di­rir. Nə­ti­cə­də tor or­ta­sın­dan sal­la­nan bu da­şın tə­si­ri ilə ta­rım çə­ki­lir.
Yə­qin ki, be­lə bir üsul si­zin ağ­lı­nı­za gə­lə bil­məz­di. Yal­nız si­zin de­yil, in­şa­at­dan an­la­yı­şı ol­ma­yan bir çox in­sa­nın da ağ­lı­na be­lə bir çı­xış yo­lu gə­lə bil­məz­di. La­kin hö­rüm­çək­lər bu üsu­lu bi­lir və tət­biq edir­lər. Bəs hö­rüm­çək be­lə bir ağıl­lı bir üsu­lu ha­ra­dan bi­lir və on­dan ne­cə uğur­la is­ti­fa­də edir? Hə­lə üs­tə­lik mil­yon il­lər­dir bü­tün hö­rüm­çək­lər ey­ni üsul­la öz tor­lar­nı qu­rur­lar. Hö­rüm­çə­yin be­lə bir üsu­lu tət­biq et­mə­si üçün bu­nu ona il­ham ve­rə­cək bir «ira­də sa­hi­bi­nə» eh­ti­yac du­yu­lur. Çün­ki bu ira­də qüv­və­si hö­rüm­çə­yin özü­nə aid de­yil. Bu ira­də­nin sa­hi­bi hər şe­yin sa­hi­bi olan, hər şe­yə qüv­və­si ça­tan, bü­tün can­lı­la­rı ida­rə edən, gö­rə­cək­lə­ri iş­lə­ri on­la­ra il­ham edən Al­lah­dır.

Hiç yorum yok:

Yorum Gönder