13 Haziran 2011 Pazartesi

REAKTİV MÜHƏRRİK KİMİ HƏRƏKƏT EDƏN MÜRƏKKƏB BALIQLARI

            Mü­rək­kəb ba­lıq­la­rı nə qə­dər «ba­lıq» ad­lan­dı­rıl­sa­lar da bə­dən­lə­rin­də sü­mük ol­ma­dı­ğı üçün baş­qa ba­lıq­lar­dan çox fərq­lə­nir­lər. Yə­qin ki, sü­mü­yü ol­ma­yan bu ba­lıq­la­rın ne­cə hə­rə­kət et­mə­si haq­qın­da dü­şü­nür­sü­nüz. Mü­rək­kəb ba­lıq­la­rı­nın çox hey­rə­ta­miz bir hə­rə­kə­ti var. On­la­rın yum­şaq əzə­lə­lər­dən təş­kil olu­nan bə­də­ni qa­lın də­ri qa­tı ilə ör­tü­lüb. Bu də­ri qa­tı­nın al­tın­da yer­lə­şən əzə­lə­lə­ri va­si­tə­si­lə bə­dən­lə­ri­nə su yı­ğır, son­ra isə bu su­yu qüv­vət­li bir şə­kil­də ge­ri püs­kür­də­rək üzür­lər.

            Mü­rək­kəb ba­lıq­la­rın­da­kı be­lə su püs­kürt­mə sis­te­mi çox qa­rı­şıq­dır. Hey­va­nın ba­şı­nın hər iki tə­rə­fin­də ci­bə bən­zə­yən açıq yer var. Ba­lıq bu açıq yer­dən al­dı­ğı su­yu bə­də­ni­nin için­də­ki si­lind­rik boş­lu­ğa çə­kir. Da­ha son­ra isə bu su­yu ba­şı­nın ar­xa­sın­da olan na­zik bir bo­ru­dan yük­sək təz­yiq­lə püs­kü­rür. Hey­van bu­nun sa­yə­sin­də ya­ra­nan təz­yiq­lə əks tə­rə­fə doğ­ru sü­rət­lə hə­rə­kət edir. Həm­çi­nin onu ov­la­maq is­tə­yən düş­mən­lə­rin­dən də ani bir hə­rə­kət­lə qa­çır. Əgər qa­çış sü­rə­ti ki­fa­yət qə­dər ol­maz­sa, nə­lə­rin baş ve­rə­cə­yi­ni dü­şü­nə bi­lər­si­niz. Bu və­ziy­yət­də isə mü­rək­kəb ba­lı­ğı bə­də­nin­də ha­sil et­di­yi tünd rəng­li bo­ya­nı bu­lud şək­lin­də düş­mən­lə­ri­nə qar­şı püs­kü­rür. Hə­min bu­lud hü­cum edən hey­va­nı az­dı­rır. Bu bir ne­çə sa­ni­yə­lik çaş­qın­lıq mü­rək­kəb ba­lı­ğı üçün ki­fa­yət­dir. Ya­rat­dı­ğı bu­lu­dun ar­xa­sın­da itən mü­rək­kəb ba­lı­ğı sü­rət­lə bu yer­dən uzaq­la­şır.
            Baş­qa can­lı­lar­da ol­du­ğu ki­mi mü­rək­kəb ba­lı­ğın­da olan bu xü­su­siy­yət­lər də hər şe­yin ya­ra­dı­cı­sı olan Al­la­hın əsə­ri­dir. Al­lah Özün­dən baş­qa tan­rı ol­ma­dı­ğı­nı bir ayə­də be­lə bil­di­rir:
            «De ki: «Ey Mə­nim iman gə­ti­rən bən­də­lə­rim! Rəb­bi­niz­dən qor­xun. Bu dün­ya­da yax­şı­lıq edən­lə­rə yax­şı­lıq var­dır. Al­la­hın ye­ri ge­niş­dir. Yal­nız səbr edən­lə­rə say­sız-he­sab­sız mü­ka­fat ve­ri­lə­cək­dir!» («Zu­mər» su­rə­si, 10).

Hiç yorum yok:

Yorum Gönder