15 Haziran 2011 Çarşamba

İŞIQ SAÇAN CANLILARIN XÜSUSİYYƏTLƏRİNİ BİLİRSİNİZMİ?

            Ge­cə­lər ağac­la­rın üzə­rin­də hə­rə­kət edən işıq­la­rı heç gör­mü­sü­nüz­mü? Bə­zən bir ağa­cı az qa­la ör­tə­cək qə­dər çox olan bu işıq­lar işıl­da­quş­lar­dır. İşıl­da­quş­lar işıq sa­çan can­lı­la­rın ən əsas­la­rı­dır. Ge­cə­nin qa­ran­lı­ğın­da ağac­la­rı işıq­lan­dı­ran işıl­da­quş­lar alim­lə­rin üzə­rin­də ən çox təd­qi­qat apar­dı­ğı can­lı­lar­dan bi­ri­dir. Bu­nun sə­bə­bi­ni bir az son­ra mü­fəs­səl şə­kil­də izah edə­cə­yik. La­kin əsa­sən bu can­lı­la­rın ne­cə işıq saç­ma­sın­dan bəhs edək.

            İşıl­da­quş­lar bə­dən­lə­ri­nin için­də ya­şıl-sa­rı işıq­lar is­teh­sal edir­lər. İşıq işıl­da­quş­lar üçün bir ra­bi­tə, xə­bər­ləş­mə va­si­tə­si­dir. On­lar saç­dıq­la­rı işıq­lar­la ya bir-bi­ri­nə cüt­ləş­mə me­sa­jı ve­rir, ya da düş­mən­lə­ri­nə qar­şı mü­da­fiə olun­ma­ğın va­cib­li­yi­ni bil­di­rir­lər. Düş­mən­lə­ri işıl­da­quş­la­rın da­dı­nın pis ol­du­ğu­nu işıq­lar­dan bi­lir və on­la­rı ye­mək­dən im­ti­na edir­lər.
Bu bö­cək­lə­rin ən əsas xü­su­siy­yət­lə­ri isə işıq­dan da­ha çox sə­mə­rə əl­də et­mə­si və de­mək olar ki, ener­ji itir­mə­mə­si­dir. İşıl­da­quş­lar bu xü­su­siy­yət­lə­ri­nə gö­rə il­lər­lə alim­lər üçün araş­dır­ma möv­zu­su olub. La­kin bü­tün araş­dır­ma və ça­lış­ma­la­ra bax­ma­ya­raq in­san­lar hə­lə də işıl­da­quş­la­rın saç­dı­ğı ki­mi sə­mə­rə­li bir işıq kəşf edə bil­mə­yib­lər.
            Bir can­lı­nın işıq sa­ça bil­mə­si, ey­ni za­man­da da bu işı­ğın on­la­ra heç bir tə­sir et­mə­mə­si hey­rə­ta­miz mə­sə­lə­dir. Bu­nun sə­bə­bi­ni be­lə izah edə bi­lə­rik. Ya­nan lam­pa­la­rın işıq­la bir­lik­də is­ti­lik də ver­di­yi­ni siz­lər də hiss et­mi­si­niz. Mə­sə­lən, bir elekt­rik lam­pa­sı­na əl vur­sa­nız, əli­ni­zin yan­dı­ğı­nı hiss edə­cək­si­niz. Bu hal­da ağ­lı­nı­za işıl­da­quş­la­rın bu is­ti­lik­dən ni­yə zi­yan gör­mə­mə­si ki­mi bir su­al gə­lə bi­lər. Tə­əcc­blü olan da elə bu­dur. İşıq sa­çan can­lı­lar öz­lə­ri­nin saç­dı­ğı işıq­dan heç bir zi­yan gör­mür­lər. Çün­ki can­lı­la­rın saç­dı­ğı işıq bi­zim işıq­lan­dır­maq üçün is­ti­fa­də et­di­yi­miz işıq­dan ta­ma­mi­lə fərq­li­dir. Bu işı­ğa so­yuq işıq de­yi­lir və bu cür işıq is­teh­sa­lı za­ma­nı ət­ra­fa is­ti­lik ve­ril­mir. Bu­na gö­rə də be­lə ha­sil olan işıq çox sə­mə­rə­li­dir. Alim­lər bu işıq nö­vü­nü təq­lid et­mək üçün il­lər­dir ki, ça­lı­şır.
            İşıl­da­quş­lar­la ya­na­şı də­niz­də ya­şa­yan müx­tə­lif can­lı­lar, bö­cək­lər və baş­qa bir çox can­lı nö­vü də saç­dıq­la­rı işı­ğı öz­lə­ri ha­sil edir­lər. Hər bir işı­ğın ha­sil ol­ma for­ma­sı, is­ti­fa­də sa­hə­lə­ri, müd­də­ti və ha­sil edi­lən işı­ğın cin­si ki­mi xü­su­siy­yət­lə­ri çox fərq­li­dir. Və bun­la­rın hər bi­ri mö­cü­zə­dir.
            Bu can­lı­la­ra işıq ha­sil edə bi­lə­cək sis­te­mi ve­rən, bu sis­tem­lə­rin dai­mi ol­ma­sı­nı tə­min edən isə əl­bət­tə ki, can­lı­la­rın öz­lə­ri de­yil. Tə­sa­düf­lər nə­ti­cə­sin­də işıq əmə­lə gə­ti­rən bir sis­te­min can­lı­nın bə­də­nin­də mey­da­na gəl­mə­si müm­kün de­yil. Bun­dan əla­və, özün­dən işıq ve­rən can­lı­ya heç bir zə­rə­rin dəy­mə­mə­si ki­mi mü­kəm­məl bir qu­ru­lu­şun or­ta­ya çıx­ma­sı da müm­kün de­yil. İşıq sa­çan bü­tün can­lı­lar Al­la­hın yük­sək sə­viy­yə­də ya­rat­ma­sı­nın də­lil­lə­rin­dən­dir. Al­lah son­suz elm, ağıl və qüd­rə­ti­nin də­lil­lə­ri­ni bi­zə ya­rat­dı­ğı can­lı­lar va­si­tə­si­lə gös­tə­rir. Ey­ni za­man­da bü­tün bun­lar Rəb­bi­mi­zin di­lə­mə­sin­dən sa­va­yı in­san­la­rın nə qə­dər ça­lış­sa da tə­bi­ət­də­ki qü­sur­suz me­xa­nizm­lə­ri ya­rat­ma­ğa güc­lə­ri­nin yet­mə­yə­cə­yi­ni xa­tır­la­dır.

2 yorum: