15 Haziran 2011 Çarşamba

QARIŞQA İLƏ QUŞUN MÖCÜZƏVİ İŞBİRLİYİ


Ya­şa­dı­ğı­mız hər yer­də səh­hə­ti­miz üçün təh­lü­kə ya­ra­dan və bi­zi xəs­tə­lən­di­rən mik­rob­lar var. Bu mik­rob­lar bi­zim­lə ya­na­şı baş­qa can­lı­lar üçün də təh­lü­kə ya­ra­dır. Bu sə­bəb­dən can­lı­lar da bi­zim ki­mi öz­lə­ri­ni qo­ru­ma­lı­dır. Əs­lin­də can­lı­la­rı də­rin­dən öy­rən­di­yi­miz za­man on­la­rın mik­rob­lar­dan qo­run­maq üçün bə­zi va­si­tə­lər­dən is­ti­fa­də et­di­yi­ni gö­rü­rük. Mə­sə­lən, qa­rış­qa­lar öz­lə­ri­ni mü­da­fiə et­mək üçün tər­ki­bin­də tur­şu olan mü­əy­yən mad­də ha­zır­la­yır. Bu mad­də mik­rob­la­rı zə­rər­siz­ləş­di­rir. Son­ra da tər­ki­bin­də tur­şu olan bu mad­də­ni öz bə­dən­lə­ri­nə və yu­va­la­rı­nın di­var­la­rı­na sür­tür­lər. Yə­ni yal­nız öz­lə­ri­nin de­yil, ya­şa­dıq­la­rı yu­va­nın da mik­rob­lar­dan tə­miz­lən­mə­li ol­du­ğu­nu yax­şı bi­lir­lər.
Gö­rə­sən ki­çik bir qa­rış­qa bü­tün bun­la­rı ne­cə dü­şü­nür? Şüb­hə­siz ki, bu, onun ağ­lı­nın və gü­cü­nün ça­ta­ca­ğı bir şey de­yil. Bir qa­rış­qa mik­ro­bun nə ol­du­ğu­nu bil­mə­di­yi ki­mi on­dan mü­da­fiə olun­maq la­zım ol­du­ğu­nu da bil­məz. Əgər be­lə dü­şün­sək, qa­rış­qa əv­vəl­cə mik­ro­bu öy­rən­mə­li, son­ra da onu zə­rər­siz­ləş­di­rə­cək mad­də­ni tap­ma­lı­dır. Bəs qa­rış­qa bu mad­də­ni ne­cə mü­əy­yən edə bi­lir?
Bir­lik­də dü­şü­nək.
İn­san­lar bə­zi mik­rob­lar­dan mü­da­fiə olun­maq üçün pey­vənd olu­nur, am­ma bu pey­vənd­lər la­bo­ra­to­ri­ya­lar­da bir çox təd­qi­qat və sı­naq­lar­dan son­ra is­teh­sal edi­lir. Bun­dan əla­və, bü­tün bun­la­rı mü­tə­xəs­sis­lər hə­ya­ta ke­çi­rir. Əks təq­dir­də pey­vənd heç bir işə ya­ra­maz, hət­ta zə­rər­li də ola bi­lər. Qa­rış­qa­la­rın isə nə bi­li­yi, nə də bu möv­zu­da təh­si­li yox­dur. On­la­rın hər han­sı bir la­bo­ra­to­ri­ya­da araş­dır­ma apar­ma­sı da müm­kün de­yil. Hət­ta bu­nu dü­şün­mək də mən­tiq­siz­lik olar­dı. Qa­rış­qa­la­rın dün­ya­ya gəl­di­yi za­man ar­tıq bü­tün bun­la­rı bil­di­yi ha­mı­ya mə­lum­dur.
Qa­rış­qa­ya bu mə­lu­mat­la­rı yük­sək bir qüv­və sa­hi­bi öy­rə­dir. Aləm­lə­rin Rəb­bi və ya­ra­dı­cı­sı olan Al­lah qa­rış­qa­ya mik­rob­lar­dan mü­da­fiə olun­ma­ğı il­ham edir, yə­ni öy­rə­dir.
Mik­rob­lar­dan mü­da­fiə olun­ma­lı olan can­lı­la­ra baş­qa bir nü­mu­nə ki­mi quş­la­rı gö­tü­rək. Mik­rob­lar quş­la­rı da na­ra­hat edir, la­kin on­la­rın bə­də­nin­də qa­rış­qa­lar­da ol­du­ğu ki­mi qo­ru­yu­cu mad­də­lər ha­zır­la­yan sis­tem yox­dur. Bu­na gö­rə də quş­lar bu mik­rob prob­le­mi­nin fərq­li və çox dü­şü­nül­müş həl­li­ni ta­pıb­lar. On­lar qa­rış­qa­la­rın yu­va­sı­na ge­dir və yu­va­nın üzə­ri­nə uza­na­raq qa­rış­qa­la­rın on­la­rın tük­lə­ri­nin ara­sı­na gir­mə­si­ni göz­lə­yir. Ye­mək ax­ta­ran qa­rış­qa­lar qu­şun tük­lə­ri ara­sın­da gə­zir­lər və bu vaxt mik­rob­la­rı öl­dü­rən mad­də də qu­şun tük­lə­ri­nə bu­la­şır. Be­lə­lik­lə, quş bu mad­də­nin kö­mə­yi ilə mik­rob­lar­dan tə­miz­lə­nir. Bəs quş­lar qa­rış­qa­la­rın be­lə bir mad­də ha­zır­la­dı­ğı­nı və bu mad­də­nin on­la­rın bə­də­nin­də­ki mik­rob­la­rı yox et­di­yi­ni ne­cə bi­lir­lər?
İn­san­lar bir çox araş­dır­ma­dan son­ra qa­rış­qa­la­rın be­lə bir mü­da­fiə sis­te­mi­nin ol­du­ğu­nu kəşf et­miş­lər. Və zoo­loq­lar­dan sa­va­yı bir çox in­san bu mə­lu­mat­dan hə­lə də xə­bər­siz­dir. Yə­qin ki, siz də hə­min mə­lu­ma­tı bu ki­ta­bı oxu­duq­dan son­ra öy­rən­mi­si­niz. La­kin quş­lar qa­rış­qa­la­rın bu xü­su­siy­yə­ti­ni dün­ya­ya gəl­dik­lə­ri an­dan bi­lir. Bun­dan əla­və, bu­nu on­la­ra öy­rə­dən bi­ri­si ol­ma­sa da eh­ti­yac duy­duq­la­rı za­man qa­rış­qa­lar­dan is­ti­fa­də edə­rək öz­lə­ri­ni mik­rob­lar­dan tə­miz­lə­yir­lər.
Qa­rış­qa­nın bə­də­nin­də ha­zır­la­nan bir mad­də­ni quş­la­rın ta­nı­ma­sı və bun­dan ne­cə is­ti­fa­də olun­ma­sı­nı bil­mə­si bi­zi ye­ga­nə bir hə­qi­qə­tə apa­rır. Bu bi­li­yi hər iki can­lı­ya öy­rə­dən Al­lah­dır. Al­lah hər can­lı­nın Onun əm­rin­də ol­du­ğu­nu bir ayə­də be­lə bu­yur­muş­dur:
«...Bə­li, göy­lər­də və yer­də nə var­sa, ha­mı­sı Ona məx­sus­dur, ha­mı­sı Onun itaə­tin­də­dir!» («Bə­qə­rə» su­rə­si, 116).

Hiç yorum yok:

Yorum Gönder